Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Füzulidə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Aprelin 6-da Füzuli Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Füzuli rayonunun II Zobcuq qəsəbəsi 27 saylı tam orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, 27 saylı tam orta məktəbin direktoru Taleh Qurbanov, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev bildirib ki, film dini radikalizmə qarşı mübarizə mövzusunda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş sayca ikinci filmdir. “Şəhadət” sənədli filmində dini radikalizmin qurbanı olmuş və başqa ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində vuruşaraq həlak olmuş insanların acı taleləri ilə yanaşı, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizdən bəhs olunur.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov və 27 saylı tam orta məktəbin direktoru Taleh Qurbanov çıxış edərək bildiriblər ki, “Şəhadət” sənədli filminin təqdimatı gənclərin maarifləndirilməsində mühüm rol oynayır.
Filmin nümayişindən sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Füzulidə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

    06 Aprel 2018 17:59