Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Saatlıda “Azərbaycan Xalq Cümhuriyyəti və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin və Saatlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 6-da Saatlı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Xalq Cümhuriyyəti və mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici  tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon İcra Hakimiyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mehriban Ağayeva, Rayon  Heydər Əliyev Mərkəzinin direktor əvəzi Telman Ağayev, Saatlı rayon İ.Əliyev adına Hacıqasımlı  kənd tam orta məktəbinin müəllim və şagird heyəti iştrirak ediblər.
Tədbiri giriş sözü ilə Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Telman Ağayev açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Həmin Sərəncama əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar bu il ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. 
Daha sonra Saatlı Rayon İcra Hakimiyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mehriban Ağayeva bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti xalqımızın həmişə qürur və iftixar hissi ilə xatırladığı şərəfli bir tarixdir. Şərqdə ilk demokratik respublika kimi tanınan və nüfuzlu dövlətlər tərəfindən qəbul edilən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin ən şanlı səhifələrindəndir.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq fəaliyyəti dövründə dövlət-din münasibətləri haqqında məlumat verib. O, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasının vacibliyini vurğulayaraq, ölkəmizin gələcək inkişafında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Saatlıda “Azərbaycan Xalq Cümhuriyyəti və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

    06 Aprel 2018 16:04