Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Şirvanda maarifləndirmə tədbiri təşkil olunub

Martın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şirvan şəhərində “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, DQİDK-nın Hüquq və qeydiyyat şöbəsinin kadrlarla iş üzrə sektor müdiri Xalid Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Şirvan şəhər “Zeynalabdin” məscidi dini icmasının sədri Cəmşid Hüseynov, ziyalılar və kollecin tələbələri iştirak ediblər.
 Tədbiri giriş sözü ilə açan Şirvan ŞİH başçısı Aparatının nümayəndəsi Adəm Hüseynov tədbirin keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, biz bu gün milli-mənəvi dəyərlərimizin təbliğ və təşviqindən danışanda milli-mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərimizə diqqət yetirməliyik. Buna görə milli-mənəvi dəyərlərimizin qorunması dedikdə, eyni zamanda, İslamın əsl mahiyyətini, əsl dəyərini olduğu kimi gənc nəslə çatdırmağı zəruri hesab edirik.
Ardınca çıxış edən DQİDK-nın əməkdaşı Xalid Məmmədov vurğulayıb ki, Azərbaycanda tarixən İslam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub. O qeyd edib ki, bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər, bir-birinə hörmətlə yanaşırlar.
 Çıxış edən digər natiqlər ölkəmizdə multikultural dəyərlər, həmrəylik, dinlər və mədəniyyətlərarası dialoqla bağlı dövlət siyasətini qəti olaraq dəstəklədiklərini bildiriblər. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Tədbirin sonunda DQİDK-nin sifarişi ilə ərsəyə gəlmiş “Şəhadət” sənədli filmi kollec tələbələrinə nümayiş etdirilib. 
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Şirvanda maarifləndirmə tədbiri təşkil olunub

    14 Mart 2018 17:20