Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Cocuq Mərcanlıda dini maarifləndirmə tədbiri keçirilib

Martın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması tərəfindən “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” adlı layihə çərçivəsində sonuncu maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev, Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Cəbrayıl Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva, dini icma sədri Elman Piriyev, RİH başçısının Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanlar Zeynalov, Cocuq Mərcanlı kənd məktəbinin direktoru Zamin Həziyev, eləcə də yuxarı sinif şagirdləri, müəllimlər və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri və imam cüməsi Elman Piriyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Şuşa məscidinin oxşarı olan məscid tikilib və bu, dövlətin dinə olan qayğısının göstəricisidir. Mövzunun əhəmiyyətindən bəhs edən icma sədri Azərbaycan gənclərinin 2016-cı ilin aprel döyüşlərində vətənpərvərlik və şücaət göstərdiyini qeyd edib.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev məruzəsində dövlətin gənclər siyasətini və gənclərə göstərilən qayğını xüsusi vurğulayaraq bildirib ki, bu məsələ daim diqqət mərkəzində olan bir sahədir. O, həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulayıb.
Mövzu ilə bağlı digər çıxışçılar bildiriblər ki, bu mövzuda keçirilən tədbirlər Azərbaycan gənclərinin formalaşmasında və hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır və tədbirlərin davam etdirilməsi vacibdir.
Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Cocuq Mərcanlıda dini maarifləndirmə tədbiri keçirilib

    14 Mart 2018 15:06