Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ağdaşda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib

Martın 13-də Ağdaşda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.
Din xadimləri, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Ağdaş RİH başçısının birinci müavini İsmayıl Yusifzadə mövzunun əhəmiyyətindən danışıb. O, dövlət-din münasibətlərinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında vurğulayıb ki, respublikamızda mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir. S. Salahlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.
Sədrin birinci müavini dini radikalizmin fəsadları barədə də ətraflı məlumat verərək bu cür halların yaranma səbəbləri və təbliğatına qarşı mübarizə yollarından geniş bəhs edib. Natiq bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. S. Salahlının sözlərinə görə, ölkəmizdə dini radikalizm və ekstremizmlə mübarizə üsulları kimi maarifləndirici, preventiv, profilaktik və inzibati metodlardan istifadə olunur.
Dövlət Komitəsi sədrinin birinci müavini gənclərin, ziyalıların və din xadimlərinin, bütövlükdə cəmiyyətin dini radikalizmlə mübarizədə fəal olmalarının vacib olduğunu vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini ekstremizmin ictimai təhlükəsizliyə təsiri barədə danışıb. Ə. Zülfüqarov dini ekstremizmin yayılmasının qarşısının alınması və gənclərə sirayət etməməsi üçün həyata keçirilən dini maarifləndirmənin önəminə diqqət çəkib. DQİDK-nın şöbə müdiri radikal dini təbliğata qarşı ənənəvi İslam dininin prinsiplərinin və sağlam ideyalarının təbliğinin əhəmiyyətindən də danışıb.
Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov dinə və dindarlara göstərdiyi qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ağdaşda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib

    13 Mart 2018 16:44