Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Masallıda “Azərbaycan Xalq Cümhuriyyəti və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasında 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixdə imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə martın 7-də “Azərbaycan Xalq Cümhuriyyəti və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Masallı şəhəri Sakit Tağıyev adına 4 saylı tam orta məktəbin direktoru Namiq Ağayev, eləcə də məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı şəhəri Sakit Tağıyev adına 4 saylı tam orta məktəbin direktoru Namiq Ağayev Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən söhbət açıb. 
Daha sonra çıxış edən məktəbin direktor müavini Rahid Məmmədov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) milli ənənələrimizin qorunması, eləcə də əhalinin dini ehtiyaclarının ödənilməsi sahəsində əhəmiyyətli addımlar atıb. Natiq deyib ki, AXC iki ildən az yaşasa da, Azərbaycan dövlət quruluşunun bərpa olunması, onun istiqlaliyyətinin dirçəldilməsi, xalqımızın milli mənlik şüurunun oyanması baxımından mühüm işlər görüb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov isə çıxışında vurğulayıb ki, AXC hakimiyyəti zamanında Azərbaycançılıq ideologiyası öz təzahürünü milli dövlətin yaranmasında, onun ictimai həyatının bütün sahələrində məqsədyönlü fəaliyyətində tapıb, bu ideya əhalinin şüuruna hakim kəsilib. A.Səmədov DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmindən söhbət açaraq bildirib ki, film mənəvi dəyərlərimizin qorunmasında, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında böyük əhəmiyyət kəsb edir.
Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Masallıda “Azərbaycan Xalq Cümhuriyyəti və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

    07 Mart 2018 15:43