Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Masallıda “Zərərli vərdişlərə qarşı mübarizədə din xadimlərinin rolu” müzakirə edilib

Martın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Masallı rayonu Boradigah qəsəbəsi “Həzrəti Əli” məscidi dini icmasının həyata keçirdiyi “Azərbaycanda İslam Həmrəyliyi: dünən və bu gün” adlı layihə çərçivəsində “Zərərli vərdişlərə qarşı mübarizədə din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Orxan Maşayev, Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov və Ayıq Səmədov, Boradigah qəsəbə 1 saylı tam orta məktəbin direktor müavini Nəzifə Niftəliyeva, dini icmanın sədri Zakir Abdullayev, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov zərərli vərdişlər və onun fəsadları, cəmiyyətə vuracağı zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə məlumat verib.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Orxan Maşayev zərərli vərdişlərin qarşısının alınmasında təhsilin önəmini diqqətə çəkərək qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunmasında gənclərin üzərinə mühüm vəzifələr düşür.
Məktəbin direktor müavini Nəzifə Niftəliyeva və başqaları mövzu ətrafında çıxışlar ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Masallıda “Zərərli vərdişlərə qarşı mübarizədə din xadimlərinin rolu” müzakirə edilib

    02 Mart 2018 15:12