Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Maarifləndirmə tədbirləri davam etdirilir

Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Binəqədi rayonu 126 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi, Binəqədi rayonunun fəal gənci Nərmin Məhərrəmovanın “Sülh dini – İslam” layihəsinin bağlanış tədbiri və eyniadlı kitabçanın təqdimetmə mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının baş məsləhətçisi Kubra Əliyarlı açaraq ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərin hərtərəfli – daha savadlı, bilikli, yüksək fəallığı ilə seçilən gənc kadrlar olaraq yetişməsi istiqamətində görülən işlərdən danışıb.
Tədbirdə çıxış edən “Sülh dini - İslam” layihəsinin rəhbəri Nərmin Məhərrəmova layihənin həyata keçirilməsinin məqsədindən, İslam dininin əsl mahiyyətinin və sülhpərvər ideyalarının təbliğ edilməsinin vacibliyindən söz açıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Samir Yoldaşov çıxış edərək, Azərbaycanda din siyasətinin uğurla icra olunduğunu diqqətə çatdırıb. Vətəndaşların dini etiqad azadlığının təmin edilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev ölkəmizdə vətəndaşların bütün hüquqlarının, o cümlədən dini azadlıqlarının təmin edildiyini vurğulayıb.
YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev ölkəmizdə gənclər proqramlarının uğurla həyata keçirildiyini bildirib, gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində keçirilən layihələrdən danışıb.
126 nömrəli tam orta məktəbin direktoru Tərminə Əsədova isə çıxışında bu tədbirin məhz rəhbərlik etdiyi məktəbdə keçirilməsindən böyük məmnunluq hissi keçirdiyini və gənclərin düzgün istiqamətdə maarifləndirilməsinə dəstək olduğunu nəzərə çatdırıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Maarifləndirmə tədbirləri davam etdirilir

    13 Fevral 2018 16:26