Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Biləsuvarda “İslam həmrəyliyi-sülhə aparan yol” layihəsi çərçivəsində tədbir keçirilib

Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Biləsuvar rayonu İsmətli kənd “Əbülfəzl” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi - sülhə aparan yol” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuriyev, Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümmətov, Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, dini icma sədri Hadi İsgəndərov, İsmətli kənd tam orta məktəbinin direktoru, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər. 
Tədbir giriş sözü ilə açan məktəb direktoru Ağamməd İbayev bu cür maarifləndirmə tədbirlərinin milli-mənəvi dəyərlərə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə verilən önəmin, dövlətin bu məsələyə olan diqqət və qayğısının təzahürü olduğunu bildirib.
Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı qeyd edib ki, biz bu gün milli-mənəvi dəyərlərimizin təbliğ və təşviqindən danışanda milli-mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərimizə və müasirliyə diqqət yetirməliyik. Buna görə milli-mənəvi dəyərlərimizin qorunması dedikdə, eyni zamanda, İslamın əsl mahiyyətini, əsl dəyərini olduğu kimi gənc nəslə çatdırmağı zəruri hesab edirik.
Daha sonra çıxış edən DQİDK-nın əməkdaşı Vüqar Hümmətov deyib ki, Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. O vurğulayıb ki, zəngin mədəni-mənəvi irsi, çoxəsrlik tolerantlıq ənənələri olan Azərbaycan həm də nümunəvi dövlət-din münasibətləri modelinə malikdir.
Çıxış edən digər natiqlər Prezident İlham Əliyevin ölkəmizdə multikultural dəyərlər, həmrəylik, dinlər və mədəniyyətlərarası dialoqla bağlı siyasətini dəstəklədiklərini bildiriblər.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Biləsuvarda “İslam həmrəyliyi-sülhə aparan yol” layihəsi çərçivəsində tədbir keçirilib

    13 Fevral 2018 16:24