Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Masallıda “Milli-mənəvi dəyərlərin qorunmasında ictimaiyyətin rolu” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə rayonda ideoloji maarifləndirmə işinin səmərəliliyinin artırılması məqsədi ilə tədbirlər davam etdirilir. Bununla bağlı fevralın 8-də Masallı rayonu Təzə Alvadı kəndində tədbir keçirilib.
Tədbirdə Masallı RİH başçısının müavini Aybəniz Qafarova, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, ”Yeni Həyat” qəzetinin redaktor müavini Rəsul Rzayev, ağsaqqallar, ziyalılar, din xadimləri və gənclər iştirak ediblər.
Masallı RİH başçısının müavini Aybəniz Qafarova bildirib ki, milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin borcudur. O, həmçinin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov qeyd edib ki, ağsaqqallar, ziyalılarımız, xüsusilə geniş təbliğat-təşviqat imkanları olan radio-televiziya, dövri mətbuat və digər kütləvi informasiya vasitələri mənəvi dəyərlərimizin gənc nəslə təbliğ olunmasında fəal olmalıdırlar.
Mövzu ilə bağlı çıxış edən digər natiqlər dini maarifləndirmə tədbirlərinin milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rolundan bəhs ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Masallıda “Milli-mənəvi dəyərlərin qorunmasında ictimaiyyətin rolu” mövzusunda tədbir keçirilib

    09 Fevral 2018 11:52