Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Bölgələrdə “Şəhadət” sənədli filminin nümayişi davam etdirilir

Fevralın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Xaçmaz rayonu Nərəcan kəndində “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, Xaçmaz rayonu Nərəcan kənd ictimaiyyəti, o cümlədən ziyalılar, gənclər və dindarlar iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə geniş məruzə ilə çıxış edərək qeyd edib ki, dini biliyi az olan gənclər aldadılır, radikal qrupların əlində alətə çevirilir, daha sonra isə onlardan müharibə ocaqlarında qeyri-qanuni hərbi birləşmələrin tərkibində istifadə edilir. O “Şəhadət” sənədli filmində də bu məqamlara toxunulduğunu vurğulayıb. R. Xudayev bildirib ki, Vətənə, doğma torpağa sevgini də imanın təzahürü kimi qəbul etmək lazımdır. Belə ki, İslamın inanc konsepsiyasının sütunlarından biri Vətənə sevgidir. 
Daha sonra çıxış edən Xaçmaz RİH başçısı Aparatının nümayəndəsi Ceyhun Musayev deyib ki, Azərbaycan dünyada tolerantlıq və multikultural dəyərlər baxımından nümunə olan ölkələrdəndir. 2017-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunması və ötən il çərçivəsində təkcə yerli səviyyədə deyil, beynəlxalq aləmdə həyata keçirilən tədbirlər, ölkəmizin ortaya qoyduğu həmrəylik prinsipləri dünya dövlətlərinin diqqətini özünə çəkib.  
Sonda Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi nümayiş etdirilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Bölgələrdə “Şəhadət” sənədli filminin nümayişi davam etdirilir

    07 Fevral 2018 09:05