Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Cocuq Mərcanlıda növbəti dini maarifləndirmə tədbiri baş tutub

Fevralın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması tərəfindən Cocuq Mərcanlı kənd məktəbində “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov, Cəbrayıl RİH başçısının Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanlar Zeynalov, Cocuq Mərcanlı kənd məktəbinin direktoru Zamin Həziyev, dini icma sədri Elman Piriyev, müəllimlər, yuxarı sinif şagirdləri və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri və imam cüməsi Elman Piriyev Prezident İlham Əliyevin Cocuq Mərcanlıya göstərdiyi diqqət və qayğıdan, eləcə də gənclərə dövlət qayğısından danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov məruzəsində dövlətin gənclər siyasətini və onlara göstərilən qayğını xüsusi vurğulayıb. Mehdixan Zeynalov gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətindən də danışıb.
Mövzu ilə bağlı kənd məktəbinin direktoru Zamin Həziyev, Cəbrayıl RİH başçısının Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanlar Zeynalov və başqaları çıxışlarında keçirilən maarifləndirmə tədbirlərinin Azərbaycan gənclərinin formalaşmasında və vətənpərvər ruhda böyüməsində əhəmiyyətini qeyd ediblər.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Cocuq Mərcanlıda növbəti dini maarifləndirmə tədbiri baş tutub

    02 Fevral 2018 17:41