Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Prezidentin Sərəncamı uğurla icra olunur

Yanvarın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Salyan rayonu Şorsulu kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslamda həmrəyliyin əhəmiyyəti” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov,  Salyan Rayon İcra Hakimiyyəti(RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı  Aqşin Babayev, dini icmanın sədri Ramil Məmmədov, Şorsulu kənd bələdiyyəsinin sədri Famil Məmmədov  ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı  Aqşin Babayev tədbirin keçirilməsinin əhəmiyyətindən söz açaraq  bildirib ki, biz bu gün milli-mənəvi dəyərlərimizin təbliğ və təşviqindən danışanda həmin dəyərlərin tərkib hissəsi olan islami dəyərlərimizə və müasirliyə diqqət yetirməliyik. Buna görə milli-mənəvi dəyərlərimizin qorunması dedikdə, eyni zamanda, İslamın əsl mahiyyətini, əsl dəyərini olduğu kimi gənc nəslə çatdırmağı zəruri hesab edirik.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov qeyd edib ki, milli-mənəvi dəyərlər hər bir xalqın özünə məxsusdur və radikal qrupların bu dəyərlərə ziyan vurmasına imkan verilməməlidir. Bildirib ki, Azərbaycanda müəyyən dini cərəyanların, radikal dini qrupların kök atması, dərinləşməsi mümkün deyil. Çünki Azərbaycanda radikal qrupların dayaqları yoxdur. Onların hər hansı bazasının yaradılması imkansızdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Prezidentin Sərəncamı uğurla icra olunur

    12 Yanvar 2018 16:05