Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Şirvanda “Dini radikalizmə qarşı mübarizə" adlı seminar-treninq keçirilib

Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Şirvan şəhəri Gənclər evində "Dini radikalizmə qarşı mübarizə" adlı seminar-treninq keçirilib.
Seminar-treninqdə Şirvan ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev, Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Şirvan şəhəri üzrə səlahiyyətli nümayəndəsi Əvəz Mehrəliyev, Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şirvan ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov belə seminar-treninqlərin keçirilməsinin yeniyetmələrin dini maariflənməsi, milli-mənəvi dəyərlərin təbliği və dini radikalizm meyillərinin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev dövlət-din münasibətlərindən və ölkədə dini radikalizmin qarşısının alınması istiqamətində görülən işlərdən söz açıb və bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.
Daha sonra  QMİ-nin Şirvan şəhəri üzrə səlahiyyətli nümayəndəsi Əvəz Mehreliyev və Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev mövzu ilə bağlı çıxış ediblər.
Sonda seminar-treninqin iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Şirvanda “Dini radikalizmə qarşı mübarizə" adlı seminar-treninq keçirilib

    12 Yanvar 2018 10:38