Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Qubada maarifləndirmə tədbiri baş tutub

Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Quba Rayon Təhsil şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə Quba rayonu II Nügədi kəndi 3 saylı tam orta məktəbdə “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Quba RTŞ-nin əməkdaşı Anar Murtuzov, II Nügədi kəndi 3 saylı tam orta məktəbinin direktoru Müşfiq Bilalov, məktəbin yuxarı sinif şagirdləri, müəllimlər iştirak ediblər.
Quba RTŞ-nin əməkdaşı Anar Murtuzov tədbirdə giriş sözü ilə çıxış edərək qeyd edib ki, Vətənə məhəbbət hissi kiçik yaşlardan formalaşdırılmalı, yeniyetmə və gənclərə milli-mənəvi və ənənəvi dini dəyərlər aşılanmalıdır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev qeyd edib ki, Azərbaycan dünyada tolerantlıq və multikultural dəyərlər baxımından qabaqcıl ölkələrdəndir. Ötən ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunması və bu il çərçivəsində dini sahədə çoxsaylı maarifləndirmə xarakterli tədbirlərin keçirilməsi gənc nəslin daha çox məlumatlı olması və dini dəyərləri düzgün mənimsəməsi baxımından önəmlidir.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Qubada maarifləndirmə tədbiri baş tutub

    11 Yanvar 2018 16:52