Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Ənənəvi İslam nümunələrinin qorunmasının vacibliyi” mövzusunda tədbir təşkil olunub

Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qazax şəhər “Cümə” məscidi dini icmasının “İslam sülh, həmrəylik və qardaşlıq dinidir” layihəsi çərçivəsində “Ənənəvi İslam nümunələrinin qorunmasının vacibliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov, Qazax Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, Qazax şəhər “Cümə” məscidinin imamı,  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı İlham Süleymanov, Qazax rayon Aşağı Əskipara kənd orta məktəbinin direktoru Yaşar Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açaraq ölkəmizdəki tolerant, multikultural  mühitdən və hər bir insanın öz inanclarını qoruyub saxlaması üçün yaradılan şəraitdən danışıb.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov çıxışında Azərbaycan xalqının mentaliteti və milli kimliyinin formalaşmasında İslam dininin rolundan danışıb.
Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filimi nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Ənənəvi İslam nümunələrinin qorunmasının vacibliyi” mövzusunda tədbir təşkil olunub

    11 Yanvar 2018 15:45