Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Qaxda “Mədəniyyət və din” adlı layihə çərçivəsində maarifləndirmə tədbiri keçirilib

Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qax şəhər məscidi dini icmasının həyata keçirdiyi “Mədəniyyət və din” adlı layihə çərçivəsində “Tarixdə İslam mədəniyyətinin digər mədəniyyətlərlə əlaqələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Anar Məcidzadə, Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov, rayonun mədəniyyət işçiləri və dini icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov mövzunun əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov bildirib ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Anar Məcidzadə vurğulayıb ki, İslam mədəniyyəti təkcə bir xalqın və ya bir regionda yaşayan xalqların deyil, ümumən, geniş bir coğrafiyada yaşayan, 2 milyarda yaxın insanın ən ali ortaq dəyərləri üzərində formalaşmış bir mədəniyyətdir. Bildirib ki, İslam mədəniyyətinin bir parçası kimi Azərbaycan xalqı həmişə öz üstün mənəvi dəyərləri ilə seçilib. İslamın ali dəyərlərinə qəlbən bağlılıq tarixin heç bir çətin sınağında xalqımızı öz inancından yayındırmayıb. A.Məcidzadə qeyd edib ki, 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ölkəmizin İslam mədəniyyətinə və müsəlman dünyasına verdiyi önəmin bariz göstəricisidir.
Ölkə rəhbərliyinin dinə qayğısından da danışan Anar Məcidzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dinimizə, eləcə də İslam həmrəyliyinin möhkəmlənməsi prosesinə verdikləri böyük töhfələr əsrlərboyu yaddaşlardan silinməyəcək.
Çıxış edən digər natiqlər bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Qaxda “Mədəniyyət və din” adlı layihə çərçivəsində maarifləndirmə tədbiri keçirilib

    11 Yanvar 2018 14:40