Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Prezident İlham Əliyev: "2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməyimiz İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb oldu"

"2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməyimiz İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb oldu"
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, ötən il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilib. Bizim siyasi, diplomatik, iqtisadi uğurlarımıza bir uğur da əlavə edildi – idman uğurumuz. Bu Oyunlar ən yüksək səviyyədə keçirilib. Azərbaycan bütün müsəlman aləmini qəbul edib, öz qonaqpərvərliyini göstərib və idmançılarımız da bizi sevindirib, Azərbaycan komanda hesabında birinci yerə layiq görülüb. Eyni zamanda, bu Oyunlar İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan önəmli addımdır və ölkəmizin niyyətini, siyasətini göstərir.
Prezident İlham Əliyev qeyd edib ki, keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Bu qərar bir daha onu göstərir ki, biz öz tarixi, dini köklərimizə bağlıyıq. Nəinki ölkə ərazisində İslam həmrəyliyi təmin edilir, bütövlükdə bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Biz istəyirik ki, bu tendensiyalar bölgəmizdə və dünyada daha da güclənsin. İl ərzində həm Azərbaycanda, həm də xaricdə keçirilmiş bir çox tədbirlər göstərir ki, bu qərar – 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməyimiz İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb oldu. Son önəmli tədbir - dekabrın axırında Bakıda beynəlxalq konfransın keçirilməsi və bu konfransda dünya liderlərinin təbrik məktubları, yüksək səviyyəli qonaqların iştirakı bir daha göstərir ki, Azərbaycan dünya miqyasında həm İslam həmrəyliyi işlərinin təşkili, eyni zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Prezident İlham Əliyev: "2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməyimiz İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb oldu"

    11 Yanvar 2018 09:40