Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Sumqayıtda “Milli-mənəvi dəyərlərimizi öyrənək və yaşadaq” mövzusunda tədbir keçirilib

Yanvarın 10-da Sumqayıt şəhəri 14 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizi öyrənək və yaşadaq” mövzusunda  dəyirmi masa  təşkil  olunub. Tədbirdə məktəbin direktor  müavini Mahirə Quliyeva, Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, müəllimlər və  şagirdlər iştirak ediblər.
Məktəbin direktor müavini Mahirə Quliyeva milli-mənəvi dəyərlərimizin öyrənilməsi və təbliği istiqamətində gənclərlə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə  danışıb. Qeyd  edib ki, gənc  nəslin sağlam, savadlı və  vətənpərvər  ruhda inkişafı naminə yorulmadan fəaliyyət  göstərmək lazımdır.
Dövlət Komitəsinin əməkdaşı Ülvi Məmmədov milli-mənəvi və dini dəyərlərimizin ictimai-fəlsəfi dünyagörüşü tariximizdəki yeri və rolu haqqında danışıb. O bildirib ki, zaman-zaman xalqımızın yaratmış olduğu bu dəyərlər  sistemi cəmiyyətimizin azadlıqsevərlik, vətənpərvərlik, müasirliyə açıq, ayrı-ayrı mədəniyyətlərlə sabit birgəyaşayış tərzi kimi yüksək əxlaqi keyfiyyətlərində özünü daha aydın göstərir. Təsadüfi deyildir ki, dünyada tanınmış elm adamları, səyyahlar, siyasi xadimlər, ədiblər Azərbaycan və burada yaşayan insanların mədəniyyəti barədə yüksək fikirlər səsləndirirlər. Dünya səviyyəli elmi, mədəni konfransların, idman yarışlarının ölkəmizdə  keçirilməsi bir daha  bunu sübut  edir.
Natiq, həmçinin dini radikalizm və onun fəsadları, zərərli dini cərəyanlar barədə də şagirdlərə məlumat verib.
Tədbirdə, eyni zamanda, DQİDK-nın sifarişi ilə çəkilən və Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinə həsr olunan “Şəhadət” sənədli filmi nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Sumqayıtda “Milli-mənəvi dəyərlərimizi öyrənək və yaşadaq” mövzusunda tədbir keçirilib

    10 Yanvar 2018 15:12