Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ağstafada “İslam dini və milli kimliyimiz” adlı tədbir təşkil olunub

Yanvarın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağstafa rayon Dağ Kəsəmən kənd “Eyyub ağa” məscidi dini icmasının “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır” layihəsi çərçivəsində “İslam dini və milli kimliyimiz” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşları Pərvin Zeynalov, Ceyhun Rüstəmov, Ağstafa Rayon İcra Hakimiyyəti (RİH) başçıs Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, rayon Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli, kənd tam orta məktəbinin direktoru Rahilə Mansurova, dini icma sədri Hüseyn Hüseynov, icma üzvləri, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Ağstafa RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev Azərbaycanın xalqının bu gün dünyanın ən tolerant xalqlarından biri olduğunu bildirib. Qeyd edib ki, müsəlman ölkələri üçün İslam həmrəyliyi günün tələbidir və bu həmrəyliyə zərbə vurmaq istəyən qüvvələrin mövcudluğu təəssüf doğurur.  
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin Zeynalov çıxışında Azərbaycanda İslam dininin tarixi və yayılmasından danışıb. O bildirib ki, xalqımız bu dini qəbul etməklə yanaşı öz milli kimliyini də qoruyub saxlaya bilib.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ağstafada “İslam dini və milli kimliyimiz” adlı tədbir təşkil olunub

    09 Yanvar 2018 16:23