Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Həmrəylik – dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

Yanvarın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və “KCA Deutag” şirkətinin birgə təşkilatçılığı ilə “Həmrəylik – dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov, Vasif Musayev və şirkətin nümayəndələri iştirak ediblər.
Öncə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev film haqqında  məlumat verərək bildirib ki, filmdə aldadılaraq, yad, zərərli dini düşüncələrin təsiri ilə ölkədən kənarda qanunsuz silahlı birləşmələrə, terror  təşkilatlarına  qoşulan şəxslərin faciəli həyatı və  torpaqlarımızın işğaldan azad  edilməsi uğrunda aparılan mübarizədə şəhid olan qəhrəmanlarımızın şərəfli döyüş yolundan bəhs edilir. O, filmin hazırlanmasında əsas məqsədin vətəndaşlarımızın dini radikalizm və onun fəsadları barədə məlumatlandırılması, eləcə də onlara vətənpərvərlik hissinin aşılanması olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov din amilindən istifadə edərək yaradılan qarşıdurmaların qarşısının alınması üçün alternativ yollar axtarıb tapılmasına hər zamankından daha çox ehtiyac duyulduğunu bildirib. Bu yol isə tolerantlıqdan, birgəyaşayış və həmrəylik ideyalarının təbliğ və təşviq olunmasından keçir. O, eləcə də radikal dini cərəyanlar barədə məlumat verib, radikalizmə qarşı mübarizənin müxtəlif üsullarından, xüsusilə də dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Həmrəylik – dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

    09 Yanvar 2018 11:47