Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Şəkidə dini maarifləndirmə tədbiri keçirilib

Yanvarın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Baş Zəyzid kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizm İslam həmrəyliyinə və tolerantlıq prisiplərinə ziddir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
Kitabxanada keçirilən tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümmətov, Şəki bölgəsi üzrə şöbəsinin  əməkdaşları  Elvin Qarayev və Taleh Abdullayev, Baş Zəyzid kənd məscidi dini icmasının sədri Ələsgər Rəhimov,  müəllimlər və şagirdlər iştirak ediblər.
Baş Zəyzid kənd məscidi dini icmasının sədri Ələsgər Rəhimov tədbiri giriş sözü ilə açaraq tədbirin məqsədi və əhəmiyyətidən bəhs edib.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümmətov qeyri-ənənəvi dini cərəyanlar, dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verib. O, həmçinin Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən bəhs edib, ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını bildirib.
Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktik tədbirlərin görülməsinin vacibliyindən, dini radikal cərəyanların fəaliyyətindən və onlara qarşı mübarizənin başlıca üsullarından danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib. 
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Şəkidə dini maarifləndirmə tədbiri keçirilib

    08 Yanvar 2018 17:54