Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Şəmkirdə “N” saylı hərbi hissədə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Dekabrın 9-da Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə şəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK sədrinin müavini Səyavuş Heydərov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, N saylı hərbi birlik komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant Rasim Manafov, hərbi qulluqçular və şəxsi heyət iştirak edib.  
N saylı hərbi birləşmə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant Rasim Manafov çıxış edərək sənədli filmin əhəmiyyətini yüksək qiymətləndirib. Gəncləri radikal dini cərəyanların təsiri altına düşməkdən qorumağın, dini radikalizmin fəsadları, eyni zamanda, gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyini qeyd edib.  
DQİDK sədrinin müavini Səyavuş Heydərov “Şəhadət” filminin süjet xəttində göstərilən, Vətənimiz uğrunda canından keçmiş şəhidlərimizdən və qeyri-qanuni hərbi birləşmələrin tərkibində vuruşaraq öldürülən insanlar haqqında ətraflı çıxış edib. S. Heydərov gəncləri ayıq-sayıqlığının artırılmasının və müəyyən bilgilərə yiyələnmələrinin, eyni zamanda onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini də diqqətə çatdırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Şəmkirdə “N” saylı hərbi hissədə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

    09 Dekabr 2017 13:52