Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Dövlət Komitəsinin sədri Avropa Şurasının Bakı Ofisinin rəhbəri ilə görüşüb

Dekabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes ilə görüşüb.
Görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonağa rəhbərlik etdiyi qurumun fəaliyyəti istiqamətləri, eyni zamanda ölkəmizdəki dini durum barədə ətraflı məlumat verib. Dövlət Komitəsinin fəaliyyətində dini maarifçilik və dini radikalizmə qarşı mübarizə sahəsinə xüsusi diqqət yetirdiyini bildirib.
Azərbaycanın din siyasətinin demokratik dövlət quruculuğuna, dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslandığını qeyd edən Komitə sədri ölkəmizdə 28-i qeyri-müsəlman dini icması olmaqla 784 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayıb. Dövlət tərəfindən dinə, o cümlədən İslam və qeyri-islam təmayüllü dini icmalara diqqət və qayğı göstərildiyini qeyd edib.
Ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqla bağlı məsələlərə xüsusi qayğı və maraqla yanaşdığını deyən Mübariz Qurbanlı mədəni müxtəlifliyin mükəmməl formada idarə olunması, qarşılıqlı hörmət və anlaşmanın gücləndirilməsi sahəsində Azərbaycanın əhəmiyyətli addımlar atdığını vurğulayıb. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayıb.
M.Qurbanlı Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu, işğal olunmuş ərazilərimizdə isə Azərbaycanın maddi və mənəvi irsinə zərbələr vurulduğunu da qonağın diqqətinə çatdırıb. Komitə sədri bunun bir sıra beynəlxalq təşkilatların, eyni zamanda Avropa Şurasının qəbul etdiyi sənədlərə, konvensiyalara zidd olduğunu deyib.
Ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edən Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes respublikamızın nümunəvi multikulturalizm və tolerantlıq mühitinin qorunub-saxlanılması, təbliği və təşviqi istiqamətində əldə etdiyi nailiyyətləri təqdir edib. Azərbaycan dövlətinin Avropa Şurası ilə bütün səviyyələrdə olan əməkdaşlığını yüksək dəyərləndirib, ölkəmizin dinlərarası dialoqa xüsusi töhfələr verdiyini bildirib. Dövlət Komitəsi ilə birlikdə yeni layihələrin həyata keçirilməsində maraqlı olduğunu deyib.
Dövlət Komitəsinin sədri çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycanın bu gün beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdıraraq Avropa Şurasının Bakı Ofisi ilə gələcək əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Sonda qonağa Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi kitablar hədiyyə edilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Dövlət Komitəsinin sədri Avropa Şurasının Bakı Ofisinin rəhbəri ilə görüşüb

    08 Dekabr 2017 17:55