Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Azərbaycan dünyada tolerantlıq nümunəsinə çevrilib

Dekabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Rayonun Təngərüd kəndində təşkil olunan tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın əməkdaşı Vüqar İmamquliyev, Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov, din xadimləri, gənclər, müəllim və şagirdlər iştirak ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında ümumi dini durum haqqında məlumat verib. Mövzunun əhəmiyyətindən danışan Q.Məmmədov bildirib ki, bu kimi tədbirlər dini radikalizmə qarşı mübarizədə, həmçinin gənclərin dini maarifləndirilməsində mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı təşəbbüsünü İslam aləmində, bütövlükdə dünyada həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfə olduğunu vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan dünyada tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib. Natiq diqqətə çatdırıb ki, dinlərarası, məzhəblərarası vəhdətin və həmrəyliyin hökm sürdüyü Azərbaycanda tarixin heç bir mərhələsində bu zəmində münaqişələrin baş verməyib. Bildirib ki, respublikamızda bütün dinlərin və millətlərin nümayəndələri qarşılıqlı hörmət, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Birlik və bərabərlik dini olan İslam dininin terror və zorakılığa “yox” dediyini, bütün bəşəriyyəti sülhə və həmrəyliyə çağırdığını qeyd edib. Bu baxımdan dünyada İslam adı altında yaradılan münaqişələrin həqiqi islami dəyərlərə zidd olduğunu vurğulayan DQİDK-nın şöbə müdiri söyləyib ki, bu kimi hallar dünyada İslam haqqında yanlış fikirlərin formalaşmasına səbəb olur.
Şöbə müdiri dini radikalizm və onun fəsadları barədə danışaraq, dini radikal qrupların təbliğat metodları və onlarla mübarizə yolları barədə tədbir iştirakçılarına məlumat verib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Azərbaycan dünyada tolerantlıq nümunəsinə çevrilib

    07 Dekabr 2017 16:58