Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Şəhadət” sənədli filmi Xızı məktəbində nümayiş etdirilib

Dekabrın 7-də Xızı rayon M.A.Dadaşzadə adına Şuraabad qəsəbə tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi əsasında çəkilən “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirdə Xızı rayon M.A.Dadaşzadə adına Şuraabad qəsəbə tam orta məktəbin direktoru Xatirə Şahgəldiyeva, DQİDK-nın əməkdaşı Abdulla Hüseynov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Məktəbin direktoru Xatirə Şahgəldiyeva ölkəmizdə dövlət din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini bildirərək, təşkil edilən maarifləndirici tədbirlərin, gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə verilən önəmin dövlətin bu məsələyə həssas yanaşmasının təzahürü olduğunu qeyd edib.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Abdulla Hüseynov milli-mənəvi dəyərlərimizə, eləcə də dinimizə dövlət qayğısından bəhs edərək, bildirib ki, “Şəhadət” sənədli filminin çəkilməsində məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir. Qeyd edib ki, gənclərimizə vətənə məhəbbət hissini aşılamaq, bu sahədə maarifləndirmə işləri aparmaq, qarşıda duran əsas məqsədlərdəndir. Dövlət Komitəsinin sifarişi ilə çəkilən və şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi gənc nəslin vətənpərvər ruhda böyüməsinə və zərərli dini vərdişlərdən uzaq olmasına dəyərli töhfədir.
Sonda”Şəhadət” sənədli filmin nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Şəhadət” sənədli filmi Xızı məktəbində nümayiş etdirilib

    07 Dekabr 2017 14:43