Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Sumqayıtda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Dekabrın 6-da Sumqayıt şəhəri 9 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Keçirilən tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev, məktəbin direktoru Səadət Abdullayeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən Y. Abdullayev bəzi radikal dini qrupların gənclərimiz arasında, həmçinin sosial şəbəkələrdə apardıqları zərərli təbliğatlar haqqında məlumat verib. O, şagirdlərə bu kimi hallarda diqqətli olmağı tövsiyə edib.
Daha sonra çıxış edən S. Abdullayeva qeyd edib ki, son dövrlərdə intensiv aparılan maarifləndirmə işinin cəmiyyətimizdə, xüsusilə gənclər arasında effektiv nəticəsi müşahidə edilməkdədir.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Sumqayıtda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

    06 Dekabr 2017 17:35