Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Prezidentin Sərəncamı uğurla icra olunur

Dekabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə yardımı və Quba rayonu Ağbil kənd məscidi dini icmasının təşkilatçılığı ilə rayonun Ağbil kəndində “İslam həmrəyliyinin Azərbaycan modeli: keçmişdən müasir dövrə” adlı layihə çərçivəsində ilk tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə, DQİDK-nınQuba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Elmira Hacıyeva, Quba rayonu Ağbil kənd məscidi dini icmasının sədri Hacıməhəmməd Məmmədov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir.
Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə vurğulayıb ki, 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunması milli-mənəvi dəyərlərimizin qorunması, ənənəvi İslam dininin mütərəqqiliyinin saxlanılması və dini radikalizm problemlərindən əziyyət çəkən dünyaya Azərbaycan həmrəylik modelinin çatdırılmasıdır. Qeyd edib ki, İslam həmrəyliyi barədə Prezident İlham Əliyevin təşəbbüsü həm də bütün islam dünyasına ünvanlanmış bir mesaj, müxtəlif aktual məsələlərə dair həmrəyliyə, qarşılıqlı anlaşmaya nail olmağın və vahid mövqedən çıxış etməyin zəruriliyi barədə xatırlatmadır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Prezidentin Sərəncamı uğurla icra olunur

    06 Dekabr 2017 17:01