Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Məktəblərdə dini maarifləndirmə tədbirləri davam etdirilir

Dekabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Nərimanov rayonu 45 saylı tam orta məktəbdə maarifləndirici  tədbir keçirilib.
“Vətənpərvərlik hissinin formalaşmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fuad Məlikov, Amal Məlikov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova, məktəbin direktoru Nəcibə Axundova, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Qənirə Sultanova “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb. Q.Sultanova gənclərimizin tərbiyəsində Vətənə bağlılığın vacibliyini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov İslam dininin gənc nəslin tərbiyəsində rolundan, milli-mənəvi dəyərlərimizə, eləcə də dinimizə dövlət qayğısından, sağlam və əqidəli gəncliyin formalaşması üçün aparılan maarifləndirmə işindən bəhs edib. Vətənə layiqli vətəndaş olmaq üçün elmə və biliyə yiyələnməyin, milli-mənəvi dəyərlərimizə sahib çıxmağın əhəmiyyətini vurğulayıb. 
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, tədbir “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Məktəblərdə dini maarifləndirmə tədbirləri davam etdirilir

    06 Dekabr 2017 16:24