Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Metropoliten əməkdaşlarına “Şəhadət” filmi nümayiş olunub

Dekabrın 6-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Metropolitenin Deposunda fəaliyyət göstərən xidmətlərin əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müşaviri Mehdi Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev və metropolitenin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müşaviri Mehdi Məmmədov dini maarifləndirmənin əhəmiyyətini vurğulayaraq bu sahədə görülən işlərin təqdirəlayiq olduğunu bildirdi.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi nümayiş etdirildi.
Filmin nümayişindən sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev “Şəhadət” sənədli filminin həm vətənpərvərlik ruhunun təbliği, həm də maarifləndirmə baxımından böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Dini radikalizm və ekstremizmə qarşı mübarizə haqqında danışan natiq bu istiqamətdə həyata keçirilən fəaliyyət barədə dinləyiciləri məlumatlandırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Metropoliten əməkdaşlarına “Şəhadət” filmi nümayiş olunub

    06 Dekabr 2017 16:16