Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Cəlilabadda “İslam həmrəyliyi tolerantlığı təşviq edir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Dekabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Cəlilabad rayonu Maşlıq kəndi “Şəhidlər” məscidi dini icması tərəfindən Nizami Alışov adına Maşlıq kənd tam orta məktəbində “İslam həmrəyliyi: Azərbaycan nümunəsi” adlı layihə çərçivəsində “İslam həmrəyliyi tolerantlığı təşviq edir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın  Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və şöbənin baş məsləhətçisi Tural Şahmarov, Nizami Alışov adına Maşlıq kənd tam orta məktəbinin direktoru İsrafil Nəsirov, “Şəhidlər” məscidi dini icmasının sədri Həmzəxan Məhərrəmov, ziyalılar, müəllim və şagirdlər  iştirak ediblər.
Məktəbin direktoru İsrafil Nəsirov Azərbaycan cəmiyyətində multikultural dəyərlərin tolerantlıq ənənələri ilə birgə inkişaf etdiyini bildirib. Natiq diqqətə çatdırıb ki, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi gənc nəslin qarşısında duran əsas vəzifələrdəndir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov “İslam həmrəyliyi tolerantlığı təşviq edir” adlı məruzəsində müasir dövrdə dünyada dini zəmində baş verən hadisələrə diqqət çəkərək, buna qarşı mübarizədə tolerantlıq mühitinin mövcudluğunun önəmini vurğulayıb. Natiq dövlətin ölkədəki multikultural və tolerantlıq mühitinin qorunmasında və onun gələcək nəslə çatdırılması istiqamətində gördüyü işlərdən danışıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Şahmarov qeyd edib ki, İslamda tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. Dinimizə görə tolerantlıq müxtəlif inanclı insanlar arasında körpüdür.
Dini icma sədri Həmzəxan Məhərrəmov və digər natiqlər çıxışlarında ölkəmizdəki  tolerantlıq ənənələrindən söhbət açıblar.
Tədbirin sonunda iştirakçılara DQİDK-nın nəşr etdirdiyi dini təyinatlı kitablar və digər çap məhsulları paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Cəlilabadda “İslam həmrəyliyi tolerantlığı təşviq edir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

    06 Dekabr 2017 16:00