Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Xırdalanda “Gənclik və Vətən” mövzusunda tədbir keçirilib

Dekabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Xırdalan şəhər 10 saylı tam orta məktəbində “Gənclik və Vətən” mövzusunda dini maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahlar Məmmədov, Abşeron RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüqar Bəşirov, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Məktəbin direktoru Elnarə Həsənova mövzunun əhəmiyyətindən bəhs edərək şagirdlərin diqqətini ölkəmizdəki mövcud sabitlik və əmin-amanlığa çəkib. Gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən söz açan natiq dövlətin bu sahədə atdığı addımları, həyata keçirdiyi işləri yüksək qiymətləndirib.
Mövzunu davam etdirən Abşeron RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı V.Bəşirov ölkəmizdə radikallar, onların amal və əməlləri barədə iştirakçılara məlumat verib. O, torpaqlarının iyirmi faiz işğal altında olduğu halda başqa ölkələrə vuruşmağa gedən gənclərin cəmiyyətə vurduğu zərbələrdən danışıb. Gənclərin ən ümdə vəzifələrindən birinin Vətənə xidmət olduğunu xatırladıb.
DQDİK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahlar Məmmədov şagirdlərin Vətənə sədaqət ruhunda formalaşmasının, milli-mənəvi dəyərlərə bağlı olmasının zəruriliyini qeyd edib. Vətən anlayışının dindəki yeri barədə şagirdlərə məlumat verən natiq fikrini nümunələrlə əsaslandırıb.
Sonda Komitənin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib və film ətrafında müzakirələr aparılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Xırdalanda “Gənclik və Vətən” mövzusunda tədbir keçirilib

    06 Dekabr 2017 15:55