Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Dekabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göygöl rayonu İlqar Hüseynov adına 1 saylı tam orta məktəbində Göygöl şəhər Heydər məscidi dini icması tərəfindən “İslam həmrəyliyi sülhə və tolerantlığa çağırır” adlı layihə çərçivəsində “İslam  həmrəyliyi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, müdir müavini Elmar Fətəliyev, Göygöl Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, Göygöl şəhər Heydər məscidi dini icmasının sədri Əlaslan Cəfərov, eləcə də məktəbin müəllim və şagird heyəti iştirak ediblər.
Göygöl RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov dini maarifləndirmə istiqamətində keçirilən tədbirlərin İslamın düzgün çatdırılmasında, həmçinin dini radikalizm və ekstremizmə qarşı gənclərin maarifləndirilməsində önəmli olduğunu qeyd edib.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev çıxışında dinə yalnız hüqüq, vicdan azadlığı, milli-mənəvi dəyərlər prizmasından deyil, həmçinin dini-ideoloji və milli, ictimai təhlükəsizlik prizmasından baxılmasının zəruriliyini vurğulayıb, bu istiqamətdə qarşıya qoyulmuş hədəflər və bu hədəflərə çatmaq üçün vasitələrdən bəhs edib.
Dini icma sədri Əlaslan Cəfərov “İslam Həmrəyliyi İli” çərçivəsində Göygöl rayonunda icma tərəfindən dini maarifləndirmə tədbirlərinin keçirildiyini və bu tədbirlərin xüsusilə gənclərin dini maariflənməsində, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında əhəmiyyətli olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.   
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

    06 Dekabr 2017 15:28