Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır

Dekabrın 6-da Ağstafa rayon Dağ Kəsəmən kənd “Eyyub ağa” məscidi dini icmasının “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır” layihəsi çərçivəsində “İslam həmrəyliyi və dini radikalizm” adlı tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Ağstafa RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, icma sədri Hüseyn Hüseynov, icma üzvləri və rayon ictimayyətinin nümayəndələri iştirak ediblər.
Ağstafa RİH başçısının Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev mövzunun əhəmiyyətindən danışıb. Qeyd edib ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir.
Daha sonra çıxış edən DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi digər ölkələr üçün örnəkdir. Bu qərarın qəbul edilməsinin vaxtında atılmış bir addım olduğunu söyləyən şöbə müdiri İslam həmrəyliyinin xüsusilə hazırkı dövrdə çox vacib olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər dinə və dindarlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır

    06 Dekabr 2017 15:11