Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Konfrans iştirakçıları muxtar respublikanın tarixi və dini-mədəni abidələri ilə tanış olublar

Dekabrın 6-da Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konfransda iştirak etmək üçün Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərindən, deputatlardan və din xadimlərindən ibarət heyət muxtar respublikaya səfərə gəlib.
Konfrans iştirakçıları dekabrın 5-də muxtar respublikanın tarixi və dini-mədəni abidələri ilə tanış olublar. Qonaqlar əvvəlcə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini və Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət edib, bu abidələr haqqında ətraflı məlumat alıblar. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində qonaqlara məlumat verilib ki, müqəddəs “Qurani-Kərim”in “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində bəhs olunan hadisə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.
Həmin gün qonaqlar “Duzdağ” Fizioterapiya Mərkəzi və “Came” məscidi ilə də tanış olublar.
Konfrans iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin Əcəmi seyrəngahındakı büstünü ziyarət edib, büstün önündə xatirə şəkli çəkdirilib.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlıq zamanı qeyd edilib ki, səkkiz ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Kəngərli nəslindən olan Naxçıvan xanlarının şəcərəsi, xanlığın bayrağı və xəritəsi nümayiş etdirilir.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Konfrans iştirakçıları muxtar respublikanın tarixi və dini-mədəni abidələri ilə tanış olublar

    06 Dekabr 2017 12:37