Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Həmrəylik-dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

Dekabrın 5-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “KCA Deutag” şirkətinin birgə təşkilatçılığı ilə Həmrəylik-dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev və şirkətin nümayəndələri iştirak ediblər.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxışında bildirib ki, bu gün Azərbaycanda dini durum sabitdir, eyni zamanda respublikamızda dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir. S. Heydərovun sözlərinə görə, bütün dinlərin nümayəndələri ölkəmizdə bərabərhüquqlu şəkildə fəaliyyət göstərir. Bildirib ki, Azərbaycan tarixən tolerantlıq ənənələri ilə fərqlənsə də, əminliklə deyə bilərik ki, dövlət-din münasibətlərinin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Natiq respublikamızda 2016-ci ili “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dünyada dini məzhəbçilik zəmnində baş verən münaqişələrin həlli üzrə yol xəritəsini göstərməsini diqqətə çatdırıb.
İslam dininin sülh dini olduğunu bildirən Dövlət Komitəsi sədrinin müavini təəəsüflə qeyd edib ki, bəzi qüvvələr öz maraqlarını həyata keçimək üçün İslam dinindən, din amilindən istifadə edirlər. Qeyd edib ki, son dövrlərdə dünyada, o cümlədən Yaxın Şərqdə gedən proseslərdə, baş verən qarşıdurmalar və müharibələrdə din amili daha qabarıq şəkildə özünü büruzə verir. S. Heydərov İslamın məqsədli şəkildə terror dini kimi təbliğ edilməsinin Avropada islamofobiya hallarının artması ilə nəticələndiyini diqqətə çatdırıb.
Bəzi dairələr tərəfindən radikal yönümlü dini cərəyanların Azərbaycana ixrac olunmasına cəhdlərin edildiyini vurğulayan Səyavuş Heydərov bunun qarşısının qətiyyətlə alındığnı bildirib. Dini radikalizmlə mübarizə tədbirlərindən də danışan sədr müavinidini ekstremizm, dini radikalizmlə mübarizədə həmrəyliyin vacibliyini diqqətə çatdırıb. Natiq bildirib ki, Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə”, “Şəhadət” sənədli filmləri də radikalizmə qarşı mübarizədə önəmli rola malikdir.
DQİDK sədrinin müavini hər kəs yad dini ideologiyalardan qorunmaq üçün müvafiq icazəsi olmayan ədəbiyyatlardan istifadə etməməyə, ümumiyyətlə radikal dini təsirlərə düşməmək üçün daha diqqətli olmağa çağırıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev İslam dinində radikalizm və ekstremizmin olmadığını, tam əksinə, İslam dininin sülh, qardaşlıq, birlik dini olduğunu "Qurani Kərim"dən ayələr kontekstində dinləyicilərin diqqətinə çatdırıb.
Tədbirdə Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib.
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Həmrəylik-dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

    06 Dekabr 2017 10:19