Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Şabran rayonunun Ağbaş kəndində maarifləndirmə tədbiri keçirilib

Dekabrın 5-də Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi və Şabran rayonu Zeyvə kənd məscidi dini icmasının təşkilatçılığı ilə Ağbaş kəndində “Ənənəvi İslam dinində həmrəylik prinsipləri” adlı layihənin növbəti tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, şöbənin əməkdaşı Aqil Əlisoy, Şabran Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Zeyvə kənd məscidi dini icmasının sədri Şaib Aslanov və kənd ictimaiyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov bildirib ki, Şabran rayonunda dini maarifləndirmə tədbirləri ardıcıl olaraq keçirilir və bu rayonun bütün yaşayış məntəqələrini əhatə edir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə çıxış edib. O, bildirib ki, Dövlət Komitəsi gənclərin və yeniyetmələrin dini sahədə maarifləndirilməsi istiqamətində çoxsaylı işlər görüb. Dini icmaların layihələrinin maliyyələşdirilməsində də məqsəd cəmiyyətin düzgün dini biliklərə yiyələnməsidir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy tədbirdə geniş məruzə ilə çıxış edərək deyib ki, həmrəylik prinsiplərinin əsas götürüldüyü dövlətlər sırasında Azərbaycanın adı birincilərdəndir. Azərbaycan dövləti nəinki ölkədə yaşayan digər xalq və dini konfessiyalara, eyni zamanda beynəlxalq səviyyədə də həmrəylik, vəhdət və tolerantlıq prinsiplərinə riayət edir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onların fikirləri dinlənilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Şabran rayonunun Ağbaş kəndində maarifləndirmə tədbiri keçirilib

    05 Dekabr 2017 17:22