Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Nizami rayonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Dekabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti tədbir Nizami rayonu 145 saylı tam orta məktəbdə keçirilib.
“Vətənpərvərlik hissinin formalaşmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Pərvin Nuriyeva, Amal Məlikov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova, Nizami Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı  Bəhman Hüseynov, məktəbin direktoru Elçin Abdullayev, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nizami RİH başçısı Aparatının nümayəndəsi Bəhman Hüseynov dini radikalizmlə mübarizə sahəsində görülən tədbirlərin və bu istiqamətdə maarifləndirmə işinin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Daha sonra çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb. Q.Sultanova gənclərimizin tərbiyəsində Vətənə bağlılığın vacibliyini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Nuriyeva mövzu ilə əlaqədar geniş məruzə ilə çıxış edib. P.Nuriyeva vətənpərvərlik hissinin formalaşmasında milli-mənəvi dəyərlərimizin oynadığı rolun dövlət və milli atributumuz olan bayrağımızda əks olunduğunu qeyd edib. Vətənə layiqli vətəndaş olmaq üçün elmə və biliyə yiyələnməyin, milli-mənəvi dəyərlərimizə sahib çıxmağın əhəmiyyətini vurğulayıb. 
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Sonda məktəbin direktoru Elçin Abdullayev tədbirin təşkilinə görə öz minnətdarlığını bildirib.                               
Qeyd edək ki, tədbir “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq keçirilib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Nizami rayonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

    04 Dekabr 2017 17:38