Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Prezidentin Sərəncamı uğurla icra olunur

Dekabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Saray qəsəbəsi “İmam Hüseyn” məscidi dini icmasının “İslamda həmrəylik: məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Şahlar Məmmədov və Orxan Axundov, dini icmanın sədri Bəkir Cəfərov, məscidin axundu Etibar Ağayev, icma üzvləri, gənclər, eləcə də qəsəbə sakinləri iştirak ediblər.
Dini icmanın sədri Bəkir Cəfərov mövzunun əhəmiyyətindən danışıb. Natiq onu da vurğulayıb ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahlar Məmmədov bildirib ki, heç zaman ölkəmizdə milli və dini zəmində hər hansı bir qarşıdurma, ayrı-seçkilik hallarına rast gəlinməyib. Ş. Məmmədovun sözlərinə görə, respublikamızda aparılan siyasət və bu siyasətin tərkib hissəsi olan maarifləndirmə tədbirlərinin qayəsi əmin-amanlığın qorunub saxlanılmasıdır.
Tədbirdə çıxış edən digər natiqlər dinə və dindarlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Prezidentin Sərəncamı uğurla icra olunur

    04 Dekabr 2017 17:13