Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam həmrəyliyi dövrün tələbidir

Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağcabədi rayonu Şahsevən kəndində “İslam həmrəyliyi dövrün tələbidir” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, dini icmanın imamı Həsənxan Mənsimov, RİH başçısının Şahsevən və Muğanlı kənd inzibati ərazi dairələri üzrə nümayəndələri Rəfail Əliyev, Fərəc Fərəcov, eləcə də kənd ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev son illər dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində görülən işlərdən, eləcə də dini maarifləndirmə tədbirlərindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn təşəbbüsdür.
Ağcabədi RİH başçısı Aparatının nümayəndəsi Təyyar Hacıyev bildirib ki, müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov Azərbaycanda bütün dinlərə eyni münasibət göstərildiyini deyib. Qeyd edib ki, Prezident cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi məntiqi bir ardıcıllığa bağlıdır. Ə.Nəcəfov İslamın sülh və əmin-amanlıq dini, müharibə və ədalətsizliyə qarşı olduğunu bildirib.
Mövzu ilə bağlı dini icmanın imamı Həsənxan Mənsimov və RİH başçısının Şahsevən kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Rəfail Əliyev çıxış edərək, mövzunun günümüz üçün çox aktual olduğunu xüsusi vurğulayıblar.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb, onlara Dövlət Komitəsi tərəfindən nəşr olunmuş dini ədəbiyyatlar, eləcə də “Seyid İsmayıl Ağa” məscidi dini icmasının vəsaiti hesabına çap olunmuş “Yaddaşlarda qalan ömür”  kitabı paylanılıb.
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam həmrəyliyi dövrün tələbidir

    02 Dekabr 2017 10:25