Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Tehranda “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərgi açılıb

Oktyabrın 26-da Tehranda Azərbaycanın İrandakı səfirliyinin və İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun birgə təşəbbüsü ilə “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, fotosərgidə Azərbaycanın dini-mədəniyyət abidələri, Bakıda və rayonlarda məscidləri, eləcə də ölkəmizin görməli yerlərini əks etdirən fotolar nümayiş olunur.
Tədbirdə İranda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin səfirləri, ziyalılar, dövlət və hökumət təmsilçiləri iştirak ediblər.
Sərginin açılış mərasimində Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov çıxış edərək bildirib ki, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində önəmli yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilib. Bu il ərzində Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman tədbirində 54 İslam ölkəsindən 3 mindən çox idmançı iştirak edib. İslam həmrəyliyinə çağırış təşəbbüsü Azərbaycan Prezidentinin İslam dininə və həmrəyliyə verdiyi diqqətin bariz nümunəsidir.
Səfir bildirib ki, bu gün İslam aləminin həmrəyliyi zərurətə çevrilib. Azərbaycan Prezidentinin həmrəylik çağırışı İslam dünyasında maraqla və razılıqla qarşılanıb. Dünyada baş verən siyasi proseslər onu deməyə əsas verir ki, müsəlman ölkələrinin həmrəyliyi bəzi terrorçu qruplaşmaların İslam adından çıxış etməsinin qarşısını ala bilər. Azərbaycan bu işdə öz sözünü dedi və bütün dünyaya göstərdi ki, İslam sülh, əmin-amanlıq, qardaşlıq, humanizm, insanpərvər dindir. İslam mədəniyyəti insanları mənəvi zənginliyə, saflığa dəvət edir.
B.Hüseynov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin turizm potensialı haqqında da tədbir iştirakçılarına ətraflı məlumat verib.
İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun prezidenti Məhəmməd Mehdi Məzahiri Azərbaycanın qədim və zəngin tarixə malik olduğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi müdrikliklə atılan addımdır və yüksək təqdirə layiqdir. Azərbaycanın iqtisadi inkişafı onun beynəlxalq aləmdəki nüfuzuna müsbət təsir göstərib.
Sonra qonaqlar fotosərgi ilə tanış oldular. Fotosərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
  
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Tehranda “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərgi açılıb

    26 Oktyabr 2017 12:13