Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Xətai məktəblilərinə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Noyabrın 14-də Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Xətai rayonunda yerləşən 17 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fidan Aslanova, Vasif Musayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova, Xətai Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Xətai RİH başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, məktəbin direktoru, müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının olduqca əhəmiyyətli, zamanın çağırışlarına cavab verən mühüm bir qərar olduğunu ifadə edib, keçirilən maarifləndirmə tədbirlərinin önəmini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fidan Aslanova və Vasif Musayev bildiriblər ki, həqiqi İslamdan uzaq, radikal fikirli insanlar cəmiyyətdə mövcud olan sabitliyə və birgəyaşayış ənənəsinə, milli-mənəvi dəyərlərə zərbə vururlar. Yetişən gənc nəsli qeyd olunan arzuolunmaz hallardan qorumaq üçün onların savadlı, bilikli və zəngin dünyagörüşlü şəxsiyyət kimi yetişməsinə önəm verilməlidir.
Tədbirdə çıxış edən Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov gənclərin vətənpərvərlik ruhunda böyümələrinin vacibliyindən bəhs edərək onların Vətəninə, millətinə layiqli vətəndaş olmalarını tövsiyə edib.
Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, tədbir Təhsil Nazirliyi  və  Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin birgə  əmri ilə təsdiq  edilmiş “Təhsil  müəssisələrində uşaq  və gənclərin  mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda  tərbiyə olunması  tədbirlərinin  gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Xətai məktəblilərinə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

    14 Noyabr 2017 17:19