Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Dini radikalizm milli-mənəvi dəyərlərə və milli kimliyimizə təhdiddir

Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Baltalı kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizm milli-mənəvi dəyərlərə və milli kimliyimizə təhdiddir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Elvin Qarayev, Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Baltalı kənd məscidi dini icmasının sədri Azər Səlimov və din xadimləri iştirak ediblər.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev tədbiri giriş sözüylə açaraq insanların düzgün dini maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edib.
Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov qeyd edib ki, dini radikalizm əsas təhlükə kimi bütün dünyada sülhə, əmin-amanlığa təhdid yaratmaqdadır. “Biz İslam dünyasının bir hissəsiyik və İslam ölkələrində baş verən proseslər bizə təsir edir. Bu baxımdan radikal qruplarla mübarizə dövlətimizin daim diqqət mərkəzində saxladığı məsələdir.”,-deyə A.Axundov bildirib.
QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov və  Baltalı kənd məscidi dini icmasının sədri Azər Səlimov çıxışlarında vurğulayıblar ki, dini radikalizmin yaratdığı fəsadlar nəticəsində həm dünyada İslamı gözdən salır, həm də gənclərimizə yanlış düşüncələr aşılayaraq milli-mənəvi dəyərlərimizə qarşı çıxır, cəmiyyətdə qəbul olunmuş davranış normalarını dəyişdirməyə cəhd göstərirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Dini radikalizm milli-mənəvi dəyərlərə və milli kimliyimizə təhdiddir

    14 Noyabr 2017 16:01