Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Corat qəsəbəsində “Şəhadət” sənədli filmi nümayiş olunub

Noyabrın 14-də Sumqayıt şəhəri Corat qəsəbəsi 7 saylı tam orta məktəbdə DQİDK-nın sifarişi ilə şəkilən “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirdə 7 saylı tam orta məktəbin direktoru Təranə Haqverdiyeva, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Təranə Haqverdiyeva çıxış edərək dövlətin gənclər siyasətinin tərkib hissəsi kimi aparılan maarifləndirmə işinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, gəncləri zərərli, yad düşüncələrdən qorumaq, onlarda yüksək vətənpərvərlik hissinin aşılanması baxımından “Şəhadət” sənədli filmi effektiv vasitədir.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov dini fundamentalizm və ifratçılığın cəmiyyət, xüsusilə də gənclər üçün təhlükə mənbəyi olduğunu qeyd edib. O, bildirib ki, belə təhlükələrin qarşısının alınması istiqamətində atılan ən mühüm addımlardan biri maarifləndirmə işinin düzgün təşkili məsələsidir. Bu baxımdan DQİDK-nın sifarişi ilə nəşr olunan ədəbiyyatlar, eləcə də çəkilən sənədli filmlər olduqca tədqirəlayiqdir.
Filmin nümayişindən sonra iştirakçıların sualları cavablandırılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Corat qəsəbəsində “Şəhadət” sənədli filmi nümayiş olunub

    14 Noyabr 2017 14:33