Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Şəhadət” sənədli filmi Xətai məktəbində nümayiş etdirilib

Noyabrın 13-də Xətai Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Xətai rayonu şəhid MirYusif Yusifov adına 265 nömrəli tam orta  məktəbdə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirdə Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev və Fidan Aslanova, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov filmin mahiyyəti barədə geniş məlumat verib. Şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam əqidəli gəncliyin formalaşması istiqamətində görülən işlərdən biri kimi məktəblərdə keçirilən maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyətini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fidan Aslanova və Vasif Musayev çıxışlarında ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasını diqqətə çatdıraraq, milli və dini zəmində baş verən münaqişələrdən, radikalizm və ekstremizmi təbliğ edən ideologiyalara qarşı qanunvericilik çərçivəsində aparılan mübarizədən söz açıblar. Keçirilən maarifləndirmə tədbirlərinin milli-mənəvi dəyərlərimizə bağlılığın qorunması, milli yaddaşın möhkəmlənməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Daha sonra DQİDK-nın sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar ətrafında geniş müzakirə aparılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Şəhadət” sənədli filmi Xətai məktəbində nümayiş etdirilib

    13 Noyabr 2017 16:05