Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Lənkəranda “Şəhadət” sənədli filmi nümayiş olunub

Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lənkəran rayonu R.Dadaşov adına Sütəmurdov kənd tam orta məktəbində “İslam həmrəyliyi, vətənpərvərlik və təhsil” adlı  maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli,  tam orta məktəbin direktoru Kamran Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan tam orta məktəbin direktoru Kamran Əliyev ölkəmizdə uşaqların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığını bildirib. Məktəblərdə keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayan K.Əliyev gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin və maarifləndirmənin mühüm əhəmiyyəti olduğunu deyib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli isə dini radikalizm, ekstremizm və onların fəsadları haqqında məlumat verərək, İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərin təbliğinin bu baxımdan zəruriliyini qeyd edib. E.Həmidli, eyni zamanda, Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi haqqında danışıb. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizmdən, ekstremizmdən qorunması və onlarda vətənpərvərlik hisslərinin  daha da gücləndirilməsidir.
Sonda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Lənkəranda “Şəhadət” sənədli filmi nümayiş olunub

    13 Noyabr 2017 15:51