Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Milli-mənəvi dəyərlərin təbliği müzakirə olunub

Noyabrın 13-də Təhsil Nazirliyi  və  Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Nərimanov rayonunda yerləşən məktəb-lisey kompleksində maarifləndirici tədbir keçirilib. Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
“Milli-mənəvi dəyərlərin təbliği” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov, Fuad Məlikov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova, məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Xədicə Əliyeva, eyni zamanda müəllim və şagird kollektivi iştirak ediblər.                        
Tədbiri giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Qənirə Sultanova bildirib ki, DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmində iki müxtəlif amal uğrunda mübarizə aparmış gənclərə cəmiyyətin, onların ailələrinin, yaxınları və dostlarının münasibəti diqqətə çatdırılır.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov bildirib ki, “Şəhadət” sənədli filminin hazırlanmasında məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir. Natiq Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinin yad edildiyini və hər zaman yad ediləcəyini diqqətə çatdırıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Təhsil Nazirliyi  və  Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin birgə  əmri ilə təsdiq  edilmiş “Təhsil  müəssisələrində uşaq  və gənclərin  mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda  tərbiyə olunması  tədbirlərinin  gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Milli-mənəvi dəyərlərin təbliği müzakirə olunub

    13 Noyabr 2017 15:11