Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Qobustanda “İslamda Vətən sevgisi” mövzusunda maarifləndirici tədbir keçirilib

Noyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qobustan rayon Təklə Mirzəbaba kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” layihəsi çərçivəsində “İslamda Vətən sevgisi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli və şöbənin əməkdaşı Cavid Əhmədov, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov, Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov,  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Qobustan RİH başçısının Təklə Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Baxşalı Baxşalıyev, Təklə-Mirzəbaba kənd orta məktəbinin direktoru Vüsal Şıxalıyev, dini icma sədri Elman Qayıbov, kənd ağsaqqalları, müəllimlər və şagirdlər  iştirak ediblər.
Çıxışlar zamanı İslam dinində Vətənə, torpağa bağlılığın mahiyyətindən, Vətən sevgisinin müqəddəsliyindən, eyni zamanda İslamda şəhidlik zirvəsindən bəhs edilib. Torpaqlarımız uğrunda şəhid olan qəhrəmanlarımızın həyatından nümunələr gətirilərək gənclər və yeniyetmələrə Vətən sevgisinin aşılanmasının zəruri olduğu vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib. 
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Qobustanda “İslamda Vətən sevgisi” mövzusunda maarifləndirici tədbir keçirilib

    11 Noyabr 2017 11:32