Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Zərdabda dini maarifləndirmə tədbirləri davam etdirilir

Noyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab rayonu Xanməmmədli kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi-müsəlman dünyasının xilası” layihəsi çərçivəsində “İslamda sosial ədalət və həmrəylik” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Zərdab rayonu M.F.Axundov adına Gəlmə kənd tam orta məktəbində keçirilən tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, tam orta məktəbin direktor müavini Mahmud Qocayev, dini icmanın sədri Səmid Cavadov, dini icma üzvləri, dindarlar, kənd ictimaiyyətinin nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açıq elan edən Zərdab RİH başçısı Aparatının nümayəndəsi Murad Həsənov deyib ki, bu gün islamofobiyanın baş alıb getdiyi dövrdə Azərbaycan dövlətinin müdrikliklə 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi hər kəsə verilən mesaj rolunu oynayır. Azərbaycanın həmişə haqq və ədalətin tərəfində olduğunu qeyd edən natiq bildirib ki, bunun bariz nümunəsi Azərbaycanda digər dinlərin nümayəndələrinin eyni şərtlər altında yaşamalarıdır.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda etnik və dini müxtəlifliyin ölkəmizin milli sərvəti kimi dəyərləndirildiyini qeyd edib. İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycanın müsəlman ölkələri arasında vəhdətin yaradılmasında, İslam həmrəyliyi proseslərində öndə getməyə qadir olduğunu vurğulayıb.  
Daha sonra dini icma sədri Səmid Cavadov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, tam orta məktəbin direktor müavini Mahmud Qocayev və digər natiqlərin çıxışları dinlənilib. 
Mövzu ilə bağlı tədbirin yekununda diskussiya təşkil olunub və dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Zərdabda dini maarifləndirmə tədbirləri davam etdirilir

    10 Noyabr 2017 16:47