Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Xətai rayonunda "Şəhadət" sənədli filmi nümayiş olunub

Noyabrın 10-da Xətai Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Xətai rayonu 24 nömrəli tam orta məktəbdə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirdə Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev, məktəbin direktoru Pərvanə Abbasova, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Pərvanə Abbasova təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Xətai RİH başçısı Aparatının nümayəndəsi Məhəmməd İbrahimov və DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev çıxışlarında bildiriblər ki, “Şəhadət” sənədli filminin hazırlanmasında məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir. Natiqlər Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinin yad edildiyi, həmçinin,  dini fanatizm və radikalizmin təsirinə məruz qalmış, xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən də bəhs olunan filmin maarifləndirmə işinin aparılmasında önəmli yeri olduğunu diqqətə çatdırıblar.
Filmin nümayişindən sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Xətai rayonunda "Şəhadət" sənədli filmi nümayiş olunub

    10 Noyabr 2017 16:42